Rusiya

Rusiyada 6.5 bal gücündə zəlzələ oldu

4 Avqust 2025 11:20
Baxış: 411
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, Rusiya KİV-nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.

Zəlzələnin episentrinin Severo-Kurilsk şəhərindən 232 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Yeraltı təkanların ocağı 62 kilometr dərinlikdə olub.

Severo-Kurilskdə zəlzələ 3-4 bal gücündə hiss edilib. Məlumata görə, sunami təhlükəsi elan olunmayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.