Dünya

Bu atom elektrik stansiyaları fəaliyyətini dayandırdı

4 Avqust 2025 14:17
Baxış: 962
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropada atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən istehsal gücünü azaltmağa məcbur olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayı müşahidələrin aparıldığı müddət ərzində Qərbi Avropada qeydə alınan ən isti ay olub.

Avropa ölkələrinin elektrik şəbəkəsi kondisionerlərdən istifadənin kəskin artması səbəbindən aşırı yüklənməyə məruz qalıb.

Eyni zamanda, isti havada reaktorları soyutmaq daha çətin olduğuna görə bir sıra AES istehsal gücünü azaltmağa və ya müvəqqəti bağlanmağa məcbur olub.

O cümlədən, Fransa və İsveçrədə yerləşən AES-lər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.