18:51
Partlayışdan sonra Vladimir vilayətinin Kirjaçsk rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bu barədə TASS məlumat yayıb.
----------
18:01
Rusiyanın Vladimir vilayətində partlayışlar baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə partlayışların videolarını yayımlayıblar.
Hadisə vilayətin Kirjaçsk rayonunda baş verib.
Yerli sakinlərin sözlərinə görə, hərbi hissənin ərazisində partlayış səsləri qeydə alınıb.
Vladimir vilayətinin qubernatoru Avdeev partlayışın baş verməsini təsdiqləyib. O, jurnalistləri və blogerləri cərimə ilə hədələyərək rəsmi məlumat istisna olmaqla, onlardan əlavə məlumat yaymamağı tələb edib.
Onun sözlərinə görə, hadisə yerində aidiyyət qurumlar çalışır. Ətraflı məlumat daha sonra veriləcək.
Baş verən partlayışlardan sonra yeddi yaşayış məntəqəsinin sakinləri təxliyə olunur. Həmin yaşayış məntəqələri partlayış yerindən 5 kilometr radiusda yerləşir.
Milli.Az