Bu şagirdlərə attestat verilməyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə - 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.
Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.
Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.
Milli.Az xəbər verir ki, modern.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:
"Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun olaraq arayış verilir".
Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər





