30 yaşdan sonra ideal sevgisini tapan 5 bürc
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insan hesab edir ki, gerçək sevgini nə qədər tez tapsan, bir o qədər yaxşıdır. Lakin astroloqlar bu fikirlə razı deyillər. Onlara görə, bəzi bürclər üçün xoşbəxt və sabit münasibətlər yalnız 30 yaşdan sonra mümkündür. Bu insanlar özlərini tanımaq, inkişaf etmək və nə istədiklərini başa düşmək üçün daha çox zamana ehtiyac duyurlar.
Milli.Az "Astrology"ya istinadən həmin 5 bürcü təqdim edir:
Buğa
Buğalar münasibətlərdə təmkinli və ehtiyatlı davranırlar, partnyor seçimində tələsmirlər. Gənclik dövründə tez-tez məyusluq yaşayırlar, çünki onların sabitlik və sədaqət tələbləri hər kəs tərəfindən qarşılanmır. Lakin 30 yaşdan sonra Buğalar nə istədiklərini tam bilir və uyğun olmayan insanlara vaxt itirmirlər. Məhz bu dövrdə onlar ideal sevgiləri ilə qarşılaşırlar.
Qız
Qız bürcləri gənclik illərində qarşılarındakı insanı çox analiz etdiklərindən münasibətlərdə harmoniya qurmaqda çətinlik çəkirlər. Onların yüksək gözləntiləri "o insanı" tapmağı çətinləşdirir. 30 yaşdan sonra isə daha müdrikləşir, yalnız ideal keyfiyyətləri deyil, həm də emosional uyğunluğu dəyərləndirməyi öyrənirlər. Bu da onların gerçək sevgini tapmasına şərait yaradır.
Əqrəb
Əqrəblər emosional cəhətdən dərin və tutqun təbiətə malikdirlər, bu da gənclikdə münasibətlərini çətinləşdirir. Onlar güclü hisslər axtarırlar, lakin onları necə idarə edəcəklərini hər zaman bilmirlər. Zaman keçdikcə özlərini daha yaxşı tanıyır, emosiyalarını nəzarətdə saxlamağı öyrənir və sabit, dərin sevgiyə açıq olurlar.
Oxatan
Gənc Oxatanlar ciddi münasibətlərdən çox, azadlıq və macəra axtarırlar. Lakin 30 yaşdan sonra onların baxışları dəyişir: artıq yalnız səyahət yox, ailə qurmaq istədikləri bir partnyor axtarırlar. Bu zaman həyat dəyərlərini paylaşan və onlarınla eyni həyatı bölüşmək istəyən insanla qarşılaşırlar.
Oğlaq
Oğlaqlar gənc yaşlarında karyera və şəxsi inkişaflarına fokuslandığından şəxsi həyata çox önəm vermirlər. 30 yaşdan sonra məqsədlərinə çatdıqları üçün özlərini sevgi üçün açmağa başlayırlar. Bu yaşdan sonra qurduqları münasibətlər inam, qarşılıqlı hörmət və ortaq dəyərlər üzərində qurulduğu üçün daha güclü olur.
Unutmayın: Əgər hələ də öz sevginizi tapmamısınızsa, məyus olmayın! Ola bilsin ki, siz sadəcə hələ də sizi xoşbəxt edəcək insanla qarşılaşmağa vaxtınız çatmayıb. Taleyə inanın - və ideal sevgi doğru zamanda gələcək.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)





