Rusiya

Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

20 Aprel 2025 20:24
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pasxa atəşkəsi bu gün gecə yarısı başa çatacaq".

Milli.Az xəbər verir ki, bu barədə "TASS"a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsinin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.

Qeyd edək ki, Rusiya prezident Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və bildirib ki, Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.