Rusiya Ermənistan və Azərbaycana çağırış edib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Hər iki ölkənin sərhəddə gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".
O bildirib ki, Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə müşahidə edir.
"Bakı və İrəvanı səbr nümayiş etdirməyə, gərginliyin azaldılması istiqamətində addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırışımızı bir daha təsdiqləyirik".
Asya
Milli.Az