"Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2006-cı ildə salonda olanda dostumun maşını oradan keçirdi. Onunla görüşəndə gördüm onu, belə tanış olduq. İkinci dəfə ailə qurmaq ağlımda yox idi. Təklif onun tərəfindən gəldi. Bizim münasibətimizdə məntiq daha çox rol oynadı".
Milli.Az xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli "Həftənin qonağı" verilişində deyib. O, həyat yoldaşı Rza ilə necə ailə qurmalarından danışıb:
"O, Kanadaya getməyə hazırlaşırdı. Onun 32 yaşı var idi, mənim isə 38. Tanış olandan sonra onun qəlbində başqa hisslər də yarandı. Mənə təklif edəndə gülməyim gəldi. Bir azərbaycanlı ana olaraq istəməzdim ki, subay oğlum ailə qurub boşanmış biri ilə evlənsin. Onun tərəfindən düşündüm. Anam da bu mövzunun çox əleyhinə idi. Ona dedim ki, "olmaz". Vizası gəldi, o da çıxıb getdi Kanadaya. 4 aydan sonra bir də gördüm ki, qayıdıb. Söylədi ki, "fikrim ciddidir, orada qala bilmədim". Allah şahiddir ki, mən ona demişdim, get, həyatını qur. Toyda idim zəng gəldi, hava limanında dostu ilə onu qarşıladım. Pis çıxmasın, məcbur qaldım, çünki mənə görə bu qədər qurban verib. Anam razılaşmırdı. O, köhnə fikirli idi. Elə mən də o cür fikirliyəm. Əslində anam haqlıdır. Həyat yoldaşımın qəşəng sözlər deməyi yoxdur, onda hər şey əməldədir".
N.Ələsgərli həyat yoldaşının ailəsinin buna münasibətini açıqlayıb:
"Toy olmadı. Ailəsi o, Kanadaya getməzdən əvvəl də bilirdi. Onlara nə deyib bilmirəm. Gördülər ki, qayıdıb gəldi. Mən getməmişdim ki, Kanadaya, o gəlmişdi. Təbrizdə yaşayırlar. Evlərində olmuşam. Atası da, anası da məni yaxşı qarşılayırlar".
Sənətçi övladları ilə Rza arasındakı münasibəti isə belə şərh edib:
"Həyat yoldaşımla çox yaxın dostuq. Arzulayıram ki, hər ailədə ər-arvad dost olsun. Sevginin bir müddətdən sonra bitdiyi an olur. Dostluq isə uzun müddət davam edir. Mənim övladlarım anamın yanında böyüdülər. Mən evdə tapılmıram. Həmişə iş adamı olmuşam. Ancaq günorta, nahar vaxtı anamgilə gedib uşaqları görmüşəm. Uşaqlarım universitetə girəndə bizim yanımıza gəldilər. Aramızdakı münasibət çərçivədə olub. Uşaqlarım həyat yoldaşıma "Siz" deyə müaraciət ediblər. O da eyni ilə. Hər kəs yerini bilməlidir. Amma bilirəm ki, onlar bir-birilərini çox istəyirlər".
Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var. (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi





