Rusiya

İmamoğlunun həbsinə Kremldən REAKSİYA

20 Mart 2025 16:25
Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kreml Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda etirazlara münasibət bildirib.

Milli.Az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənləri Türkiyənin daxili işi adlandırıb.

Peskov deyib ki, Türkiyədəki etirazlar Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın danışmasına səbəb ola bilməz, bu Ankaranın daxili işidir.

Kremlin sözçüsü vurğulayıb ki, Putin və Ərdoğan arasında bu həftə heç bir təmas planlaşdırılmır.

O, Putinin Türkiyəyə səfər etmək üçün qüvvədə olan dəvətinin olduğunu , lakin səfərin konkret tarixlərinin hələ razılaşdırılmadığını söyləyib. /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.