Rusiya

Zelenski: Rusiya ilə danışıqlar yalnız bu halda mümkün ola bilər

7 Yanvar 2025 15:05
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ olmadan bizə verilən təhlükəsizlik zəmanətləri gerçəkləşə bilməz".

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müharibənin dayandırılması ilə bağlı ilk danışıqlar Tramp sayəsində ola bilər:

"ABŞ olmadan bizə verilən təhlükəsizlik zəmanətləri gerçəkləşə bilməz. Mən, xüsusilə, Rusiyanın hücumlarının qarşısını ala biləcək vədləri nəzərdə tuturam. ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp və Vaşinqton olmadan NATO-nun mövcudluğu da mümkün deyil. İlk növbədə, Trampla razılığa gələcəyik. O, Qərb ilə birgə təhlükəsizliyimizi təmin etdikdən sonra, Rusiya ilə danışıqlara başlaya bilərik. Biz üçümüz birbaşa görüşə bilmərik, amma telefon danışığında Donald Tramp mənə bildirdi ki, görüşümüzü səbirsizliklə gözləyir. Bu, Trampın prezident seçilməsindən sonra ilk səfərlərindən biri olacaq və ABŞ lideri üçün bu görüşün əhəmiyyəti çox böyükdür,".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Donald Tramp ABŞ-ın yeni Prezidenti seçildikdən sonra münaqişənin sona çatacağına dair ümidlər artıb.

Aysel Əkbər
Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.