Rusiya

Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı

23 Dekabr 2024 07:29
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Baş naziri Fransua Bayru ən aşağı reytinqlə işə başlayıb. Həmvətənlərinin yalnız 34%-i onun təyinatını və yeni statusunda ilk addımlarını bəyənir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (IFOP) "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə 2 min fransız arasında keçirdiyi sorğu təsdiq edir.

Tədqiqatçılar qeyd edirlər ki, Bayrunun sələfləri nəzərəçarpacaq dərəcədə yüksək bəyənmə reytinqləri ilə işə başlamışdılar.

Məsələn Mişel Barnye ilk iş ayında həmvətənlərinin 45%-nin dəstəyini qazanmışdı. Ondan əvvəlki Nazirlər Kabinetinin rəhbərləri Qabriel Attal və Elizabet Born müvafiq olaraq 54% və 57% müsbət reytinqlə vəzifələrinin icrasına başlamışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.