Rusiya

Ukrayna Rusiyanı HİMARS-la vurdu: ölənlər var

20 Dekabr 2024 23:17
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Kursk vilayətinin Rılsk şəhərinə zərbə endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində biri uşaq olmaqla, 6 nəfər həlak olub.

Xinşteyn hücumun HİMARS-la həyata keçirildiyini, hədəfin isə mülki şəxslər olduğunu bildirib.

Ukraynanın Teleqram kanallarının məlumatına görə isə HİMARS-la Kursk vilayətində rus zabitlərin kazarma və yataqxanası vurulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.