Rusiya

Rusiyada prokuror HƏBS OLUNDU

8 Oktyabr 2024 18:28
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İstintaq Komitəsinin Moskvanın Tverskoy rayonu üzrə İstintaq İdarəsinin keçmiş rəisi (prokuroru) Marat Tambiyev 500 milyon rubl cərimə və 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, 2718 bitkoin (129 milyon 210 min manat) və 5 milyon dollar məbləğində rekord rüşvətdə ittiham olunur.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə Balaşixa şəhər məhkəməsində hökm oxunub. Tambiyev ciddi rejimli həbsxanaya göndərilib və mayor rütbəsindən məhrum edilib. Azadlığa çıxandan sonra keçmiş müstəntiqə 12 il rəhbər vəzifə tutmaq qadağan edilib.

Marat Tambiyevin tabeliyində olan keçmiş müstəntiq Kristina Lyaxovenko da həmçinin rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinərək 9 il müddətinə məhkum edilib. Məhkəmə onu da ədliyyə baş leytenantı rütbəsindən məhrum edib.

Müstəntiqlərin sözlərinə görə, 2020-ci ildən 2022-ci ilə qədər Marat Tambiyev "Infraud Organization" haker qrupunun üzvlərindən müxtəlif qərarlar, o cümlədən cinayət işlərinə görə pul alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.