Rusiya

Armen Aramyanın adı terrorçu siyahısına salındı

1 Oktyabr 2024 18:58
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tələbə onlayn-nəşri - DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları - Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.