Rusiya

Putin Yelenaya daha bir vəzifə verdi

30 May 2024 14:19
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin müşaviri Yelena Yampolskaya "Russkiy mir" Fondunun müşahidə şurasının sədri təyin edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi hüquqi informasiya portalında dərc olunan sərəncamında bildirilir.

Sənəddə Yampolskayanın Rusiya Federasiyası Prezidenti yanında Rus Dili Şurasının tərkibinə daxil ediləcəyi də bildirilir. Vladimir Tolstoy Şuradan çıxarılacaq.

Fərman cümə axşamı, mayın 30-da imzalandığı gündən qüvvəyə minir.

"Russkiy mir" Fondu 2007-ci ildə dövlət başçısının sərəncamı ilə yaradılıb. O, mədəniyyətin və rus dilinin populyarlaşdırılması ilə məşğul olur, onun Rusiyada və xaricdə öyrənilməsi üçün proqramları dəstəkləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.