Rusiya

Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı

17 Fevral 2024 11:06
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında yazıb. 

Onun sözlərinə görə, rusiyalı siyasətçinin ölüm səbəbini məhkəmə-tibb sahəsinin ekspertləri və istintaq müəyyən edəcək. 

"Nəticələri gözləmədən, siyasətçilərin və qeyri-dost ölkələrin rəhbərlərinin ittiham və açıqlamaları səsləndiyi bir zamanda, əvvəlcə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir? Onların soyadları yaxşı məlumdur. NATO-nun Baş katibindən və ABŞ rəhbərliyindən tutmuş, Şolts, Sunak və Zelenskiyə qədər, onlar Navalnının ölümünün günahkarlarıdır. Onun ölümü məhz onlara sərfəlidir", - deyə Volodin qeyd edib. 

Xatırladaq ki, 47 yaşlı rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Hazırda onun ölüm səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.