Rusiya

Sankt-Peterburqa dron hücumu oldu - (Foto)

4 İyul 2026 15:21
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sankt-Peterburq vilayətinə dron hücumu həyata keçirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə şəhərdə yerləşən neft terminalının ərazisində yanğının baş verdiyini əks etdirən kadrlar yayılıb. 

Regionun qubernatoru Aleksandr Beqlov dron hücumunun dəf edildiyini, hücumun texnogen fəsadlarının aradan qaldırıldığını açıqlayıb. O, hücum nəticəsində zərərçəkənlərin olmadığını bildirib. Qubernator həmçinin iyulun 4-nə keçən gecə Sankt-Peterburq şəhəri və vilayəti üzərində 72 dronun vurulduğunu qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.