Şou-biznes

Manaf Ağayevin saxlanılması xəbəri yayıldı

4 İyul 2026 16:07
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.

Milli.Az bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:

"Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.