"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Firəngiz Rəhimbəyli çox ciddi ana idi və qızına hər şeyə icazə vermirdi. Deyirdi ki, sən 19 yaşından sonra özünü böyük kimi apara bilərsən. 19 yaşına qədər isə mən nə deyirəmsə, o olmalıdır. Qızı da bütün bunlara riayət edirdi. Çox ağıllı, çox gözəl və çox tərbiyəli bir övlad idi. 21 yaşında ailə qurdu. Özü də iranlı bir oğlanla. Yenə müsəlman ailəsinə gəlin getdi. Onu evdən necə Azərbaycanda gəlin aparırlar, eləcə də "Vağzalı" sədaları altında yola saldılar".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Suğra Bağırzadə "Astar TV"yə müsahibəsində deyib.
Aktrisa mərhum sənətkar Firəngiz Rəhimbəylinin ABŞ-də keçirilən toy mərasimi ilə bağlı da maraqlı məqamları açıqlayıb:
"Firəngizin öz toyunda da "Vağzalı" səslənirdi, Azərbaycan rəqsləri oynanılırdı, milli musiqilərimiz ifa olunurdu. Həmin musiqiləri Azərbaycandan yazdırıb göndərmişdik. Toyda hamımız Azərbaycan musiqisinin sədaları altında rəqs edirdik. Orada yaşayan azərbaycanlı dostlarımız da gəlmişdi. Təkcə azərbaycanlılar yox, ruslar, yəhudilər və başqa millətlərdən olan qonaqlar da bizə qoşulmuşdu. Hamı bizim rəqslərimizi oynayır, Azərbaycan musiqisinə qulaq asırdı. İnsanlar bundan böyük zövq alırdılar. Hamı sevinirdi ki, Amerikada belə bir Azərbaycan məclisi qurulub, milli musiqimiz səslənir, milli rəqslərimiz oynanılır".
Suğra Bağırzadə Firəngiz Rəhimbəylinin ikinci həyat yoldaşı Reymond Antoni ilə münasibətlərindən də danışıb:
"Reymond onu çox sevirdi. Həmişə mənə deyirdi ki, Firəngiz təkcə yaxşı qadın deyil, həm də çox evdar xanımdır. Ailə onun həyatında çox böyük yer tuturdu".
Əməkdar artist sənətçinin ilk nikahının dağılmasına da münasibət bildirib:
"Bakıda ailəsi dağılmışdı. İnsan gənc yaşlarında vurulur, elə bilir ki, bu hiss ömrünün sonuna qədər davam edəcək. Amma zaman keçdikcə hər iki tərəf başa düşür ki, əslində, bir-birinə yad insanlardır. Onların ayrılığı da məhz buna görə baş vermişdi".
Qeyd edək ki, "Bəxt üzüyü" filmində yaratdığı Seda obrazı ilə milyonların sevgisini qazanan Firəngiz Rəhimbəyli ilk həyat yoldaşından ayrıldıqdan sonra 1993-cü ildə qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. O, 1999-cu ildə amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub.
Firəngiz Rəhimbəyli 2022-ci il avqustun 16-da ürək tutmasından vəfat edib. Sənətçi həmin ilin sentyabrın 6-da Kaliforniya ştatının Westlake Village şəhərində yerləşən "Valley Oaks Memorial Park" qəbiristanlığında torpağa tapşırılıb. (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
XƏBƏR LENTİ
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi





