İdman

Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi

4 İyul 2026 19:25
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misir millisi DÇ-2026-nın 1/8 finalında Argentina ilə keçiriləcək oyundan öncə Atlantaya yollanıb.

Milli.Az xəbər verir ki, komanda Dallasdan ABŞ-ın Atlanta şəhərinə yola düşüb. Bunu Misir Futbol Federasiyasının açıqlamasında yığmanın direktoru İbrahim Həsən təsdiqləyib.

Bildirilir ki, baş məşqçi və texniki heyət Avstraliya ilə 120 dəqiqə davam edən gərgin oyundan sonra futbolçulara bir günlük istirahət verib.

Qeyd edək ki, Misir millisi 1/16 finalda əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Avstraliyanı penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Misir yığması iyulun 7-də son dünya çempionu Argentina ilə üz-üzə gələcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.