Rusiya

Yeni il gecəsi cinsi əlaqə istəyən keçmiş ərini qasığından BIÇAQLADI

2 Yanvar 2024 18:40
Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda keçmiş həyat yoldaşlarının Yeni il görüşü məişət mübahisələri ilə başa çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 35 yaşlı qadın yeni il süfrəsi arxasında keçmiş əri ilə spirtli içki qəbul edib. Yanvarın 1-i axşam 52 yaşlı kişi keçmiş həyat yoldaşı ilə cinsi əlaqəyə girmək istəyib. Amma xanım razı olmayıb. O, stolun üstündən bıçağı götürərək keçmiş ərinin qasıq nahiyəsinə sancıb.

Şəhər təcili yardımı təsdiqləyib ki, onlar Şlisselburqski prospektindəki mənzillərdən birinə belə bir hadisə üçün gəliblər.

Çoxlu qan itirən xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra hadisə yerinə gələn polis qadını saxlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.