Rusiya

Rusiyanın yeni superkarı: "Rossa" gəlir - FOTO

25 Noyabr 2023 07:41
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Rossa" avtomobilinin yeni görüntüsü yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Rossa" (Rusiya idman avtomobilləri - red.) yarış sürücüsü Roman Rusinovun rəhbərliyi altında hazırlanmış orta mühərrikli superkardır.

"Rossa" "Lamborghini Huracan"da olduğu kimi, 680 at gücü olan 5,2 litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Saatda 100 kilometrlik sürətə 3,2 saniyəyə çatır, maksimal sürəti isə saatda 380 kilometrdir.

Bu avtomobilin 2024-2025-ci illərdə hazır olacağı gözlənilir. Superkarın təxmini qiyməti 500 min avro təşkil edir və mülki versiyanın daha baha olacağı ehtimal edilir.

Qeyd edək ki, bundan öncə avtomobilin prototipi təqdim olunmuşdu: o, karbon lifli monokok ətrafında qurulub, xarici panellər də karbon lifindən hazırlanıb və onun aerodinamik kuzov dəsti GT2/GT3 sinif avtomobilləri üçün reqlamentə uyğun olaraq hazırlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory