Rusiya

Rusiyada yeni əskinaslar buraxıldı - FOTO

16 Oktyabr 2023 19:00
Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Mərkəzi Bankı 1000 və 5000 rubl nominalında yeni banknotları nümayiş etdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni əskinasların görüntülərini Rusiya Mərkəzi Bankının sədrinin müavini Sergey Belov bu gün keçirilən mətbuat konfransında təqdim edib. 

Min rublluq banknotun üzərində Nijni Novqorod şəhərinin simvolik məkanlarının təsviri əks etdiriləcək. 5000 rublluq əskinas isə Yekaterinburqa həsr edilib. Yeni pullar tədricən dövriyyəyə buraxılacaq və 1997-ci ildən dövriyyədə olan banknotlarla birgə istifadə olunacaq. 

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı hər iki nominalda olan banknotun dizaynının dəyişdiriləcəyini 2022-ci ilin yayında elan etmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.