Rusiya

Qarabağdakı sülhməramlılar buna hazırdır - Lavrov

10 Oktyabr 2023 10:17
Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ və Avropa İttifaqı (Aİ) qeyri-sabitlik yaydığı halda, Qarabağdakı Rusiya sülhməramlı kontingenti (RSM) Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Qlobal siyasətdə Rusiya" jurnalında dərc olunan "BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq, qarşılıqlı əlaqə - beynəlxalq sülh və sabitliyin rəhnidir" məqaləsində bildirib.

"İndi Brüssel öz geosiyasi ambisiyalarını Azərbaycan və Ermənistan arasında vasitəçilik xidmətləri adı altında gizlədir. Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur", - o qeyd edib.

S.Lavrov vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan liderləri qarşılıqlı tanınma məsələsini öz aralarında həll ediblər: "İki ölkənin suverenliyi baxımından dinc həyat qurmağın, etimadın yaradılmasının vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti bu istiqamətdə hər cür töhfə verməyə hazırdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.