Rusiya

Nənə hərəkətdə olan təyyarədə düymələri səhv salıb qapını açdı - FOTO

3 May 2023 20:36
Baxış: 2 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada  bu gün Çita-Moskva reysi yaşlı qadının rahatlanmaq istəməsinə görə təxirə düşüb. Qəribə hadisə 3046 nömrəli bort hərəkətə təzə başlayanda - uçuş-enmə zolağından çıxmamış baş verib.

"Nənə təsadüfən qəza çıxış qapısını açdı. Hamını düşürdülər, texniki işçiləri gözləyirik", - deyə hadisə şahidi bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaşlı qadının sözlərinə görə, o, uçuşdan əvvəl yerini rahatlamaq - oturacağın kürək hissəsini arxaya yönəltmək istəyib, bu zaman kreslonun qolu əvəzinə qapının qəza rıçaqını dartıb.

Sərnişinlər üçün növbəti reys axşama təyin olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.