Rusiya

Rusiyada benzin bahalaşdı

17 Fevral 2023 20:55
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 13-dən fevralın 17-dək Rusiyanın Avropa hissəsində "Regular-92" markalı benzinin birja qiyməti təxminən 10%, "Premium-95" markalı benzinin qiyməti isə 8% artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının (SPİMEX) məlumatları təsdiq edir.

Saytın statistikasına görə, Aİ-92-nin qiyməti 2022-ci ilin oktyabr ayından bəri ilk dəfə olaraq kəskin artaraq 1 ton üçün 38 362 rubl təşkil edib. Aİ-95 markalı benzinin 1 tonun qiyməti 41 731 rubla çatıb.

Bundan əlavə, yay Dizel yanacağının 1 tonun qiyməti təxminən 4% artaraq 44 574 rubla çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.