Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım göndərib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Türkiyənin Moskvadakı səfirliyinə isti geyimlərlə dolu olan 13 bağlama gətirib.
Qeyd edək ki, Rusiyadan yardıma qoşulmaq istəyənlər səhər saat 9-dan axşam 6-ya kimi öz bağlamalarını səfirliyə gətirə bilərlər.
Milli.Az