Azərbaycanlı müğənni zəlzələdən zərərçəkənlər üçün yardım göndərdi - VİDEO

9 Fevral 2023 10:17

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım göndərib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Türkiyənin Moskvadakı səfirliyinə isti geyimlərlə dolu olan 13 bağlama gətirib. 

Qeyd edək ki, Rusiyadan yardıma qoşulmaq istəyənlər səhər saat 9-dan axşam 6-ya kimi öz bağlamalarını səfirliyə gətirə bilərlər.

Milli.Az