Rusiya

Rusiyada yanan klubunun azərbaycanlı sahibi saxlanıldı

11 Noyabr 2022 09:42
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kostromanın yanmış "Polyqon" klubunun sahibi İxtiyar Mirzəyev yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 219-cu maddəsinin 3-cü hissəsi ("Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma") ilə başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda istintaq hərəkətləri aparılır" , - deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2010-cu ildə Mirzəyev Rusiya Fövqəladə Hallar Nazirliyinə "Polyqon" klubunda yanğın təhlükəsizliyi bəyannaməsini təqdim edib.

Xatırladaq ki, Mirzoyev Kostroma Vilayət Dumasının deputatıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.