Rusiya

Rus ordusu Xersondan bu məqsədlə geri çəkiləcək

4 Noyabr 2022 13:07
Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya öz qoşunlarını Xersondan çıxarmaq üçün zəmin hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri Qərb rəsmisinə istinadən məlumat yayıb.

"Son bir neçə həftə ərzində Ukrayna ordusu ərazilərin azad edilməsində təsirli uğurlar əldə etdi, ruslar cavab olaraq müdafiə mövqeyi tutmağa məcbur oldular. Rusiya hazırda kritik dərəcədə sursat çatışmazlığı ilə üz-üzədir", - rəsmi bildirib.

O, xəbərdarlıq edib ki, geri çəkilmək üçün istənilən qərar daha ​​çox Rusiyanın uzunmüddətli strateji məqsədləri ilə bağlı ola bilər - ən yaxşı müdafiənin harada effektiv olması, öz silah-sursat ehtiyatlarını və qoşun gücünü saxlamaq və qışa hazırlaşmaq.

"Məncə, ruslar qərara gəliblər ki, Xerson şəhəri uğrunda mübarizə aparmağa dəyməz, çayın bu təbii müdafiə səddi onlar üçün son dərəcə qiymətlidir", - rəsmi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.