Rusiya

Sensasiya: Rusiya Krımı geri verməyə hazırlaşır!

12 Oktyabr 2022 12:15
Baxış: 4 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kremldə Krım yarımadası ilə bağlı geri addım atmağa hazırlaşırlar. Orada gizli sorğunun köməyi ilə yarımadanın ruslar üçün hansı məna kəsb etməsini öyrənmək niyyətindədirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Mixail Şeytelman deyib.

O əlavə edib ki, Ukrayna Krımı azad edə bilsə, sorğu "yarımadanın geri qaytarılması üçün Ukrayna ilə müharibəni davam etdirmək lazımdırmı?" məzmununda aparılacaq:

"Onlar bunun artıq reallıq olmasından, bunun baş verə biləcəyindən və sonra nə etməli olduqlarından bəhs edirlər".

Ekspertin sözlərinə görə, Kreml hələ də Ukraynaya qarşı müharibəni düzgün şəkildə necə bitirəcəyini bilmir və Rusiya rəhbərliyi bütün mümkün ssenariləri öyrənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.