Rusiya

Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO

25 Avqust 2022 13:54
Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisəni kapitan rütbəli hərbçi törədib.

Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.

Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.