Rusiya

Simonyan “Google”u məhkəməyə verdi

18 Avqust 2022 18:07
1 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi və RT telekanalının baş redaktoru Marqariya Simonyan "Google" korporasiyasını məhkəməyə verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu, korporasiyaya daxil olan "YouTube" videohostinqində onun kanalının bloklanması ilə əlaqədardır.

Məlumata görə, Moskva Arbitraj Məhkəməsi "YouTube" kanalının bloklanmasını qanunsuz olduğunu bildirən Simonyanın iddiasını icraata qəbul edib. Əgər "Google" kanaldan məhdudiyyətləri götürməkdən imtina etsə, şirkət məhkəmə aktının yerinə yetirilmədiyi hər keçən günə görə 100 min rubl (2800 AZN) cərimə olunacaq, məbləğ hər həftə iki dəfə artacaq.

İlkin məhkəmə prosesi oktyabrın 26-na təyin olunub.

Qeyd edək ki, Simonyanın "YouTube" kanalı 2022-ci ilin yazında bloklanıb. Ondan başqa, videohostinq administrasiyası dövlət tərəfindən maliyyələşən Rusiya mediasının digər kanallarına da girişi məhdudlaşdırıb. Sanksiyalar RT, "Birinci kanal", "Rossiya-1", "Zvezda", NTV və "Kultura" telekanallarına qarşı tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.