Rusiya

Ruslar bu ərazidə mühasirəyə düşəcək - ŞOK PROQNOZ

18 Avqust 2022 10:15
0 Şərh     Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusların yəqin ki, Xerson vilayətində hücum etmək üçün resursları yoxdur, çünki indi onlar Donbasda irəliləməyə çalışır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Pavel Narojni deyib.

"Düşünmürəm ki, onların hazırda konkret olaraq Xerson bölgəsində hücuma keçmək üçün resursları var. Onlar Donbasda hücum aksiyaları keçirirlər. Ancaq Xerson vilayətində mən bunu görmürəm", - ekspert deyib.

Onun proqnozuna görə, Xerson vilayətinin sağ sahilində gedən döyüşlər Ukrayna Silahlı Qüvvələrinin xeyrinə başa çatacaq və ruslar mühasirəyə alınacaq:

"Resursları kəsib və gözləmək xüsusi mühasirə üsuludur. Düşünürəm ki, başqa variant yoxdur. 100 faiz şəhərlər hücuma məruz qalmayacaq. Əgər biz kəndlərə hücum etmiriksə, onda onlar təslim olana qədər gözləməliyik. Çünki bu, ordumuz və mülki əhali arasında lazımsız itkilərin qarşısını alacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.