Rusiya

Rusiyada hokkey oyununda faciə: Ürəyinə şayba dəyən yeniyetmə öldü - VİDEO

13 Avqust 2022 14:07
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində hokkey məktəbinin 14 yaşlı şagirdi məşq zamanı aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Belə ki, şayba yeniyetmənin sinəsinə dəyib, bundan sonra onun nəfəsi dayanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin mətbuat xidmətindən məlumat  verilib.

"Komanda həkimi dərhal hokkeyçiyə kömək edib və təcili yardım çağırıb. Bütün reanimasiya tədbirlərini həyata keçirəndən sonra ürəyi işə salmaq mümkün olub. Uşaq xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas edə bilməyiblər", - deyə məktəbin saytında bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.