Rusiya

Britaniya: Putin avqusta ümid edirdi, indi isə...

12 Avqust 2022 09:07
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin inanırdı ki, Qərb müttəfiqləri avqusta qədər Ukraynanı dəstəkləməkdən yorulacaq və o, bu müddət ərzində əraziləri ələ keçirə biləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

"İndiyə qədər onlar uğur qazana bilməyiblər. Bundan sonra da çətin ki, Ukraynanı zəbt edə bilsinlər. Onların müdaxiləsi səngiyib və daim dəyişir. İndi də "xüsusi əməliyyat" adlandırdıqları müharibədə qüvvələrini yalnız cənub və şərq istiqamətində cəmləşdiriblər", - o bildirib.

Uolles deyib ki, ruslar döyüşü üç günlük planlaşdırsa da, demək olar ki, altı aya yaxındır mübarizə aparırlar, həm texnika, həm də şəxsi heyət baxımından böyük itkilər verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.