Rusiya

Çılpaq FOTOya görə rus bloqer deportasiya olundu

7 May 2022 10:45
0 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balidəki məşhur dini məbəddə çılpaq fotosu yayılan rusiyalı bloqer Alina Fazleyeva və sevgilisi İndoneziyadan deportasiya olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sevgilisi məbəddəki ağaca çılpaq halda sarılmış Fazleyevanın şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu hadisə İndoneziyada ciddi narazılıq doğurub. 13-cü əsrə aid məbəd müqəddəs hesab edilir və burada hər hası qeyri-etik hərəkət yolverilməzdir.

Deportasiyadan əvvəl cütlük məbəddə "günahdan təmizlənmə" mərasimində iştirak edib. Fazleeva artıq İnstaqramda indoneziyalılardan üzr istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.