Rusiya

Rusiyadan ukraynalı 31 məşhura 50 illik qadağa

21 Aprel 2022 09:48
Baxış: 1 430
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hökuməti Ukraynadan olan 31 məşhurun ölkəyə girişinə qadağa qoyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 50 il müddətinə tətbiq olunan qadağa ukraynalı aktyorlara, müğənnilərə və jurnalistlərə şamil olunub.

Siyahıya aparıcılar Anton Ptuşkin, Andrey Yazıqov, Nikolay Serqa, Dmitriy Komarov, müğənnilər Svetlana Loboda, Andrey Danilko, İvan Dorn, Svyatoslav Vakarçuk ("Ocean Elzi"), Dmitri Monatik, Potap (Alexey Potapenko) və Nastya Kamenskix, Maks Barski, aktrisa Mila Savitskaya və başqaları daxildir.

Ehtimala görə, buna səbəb sözügedən şəxslərin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı sərt tənqid etməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.