Rusiya

Rusiya Ukraynada geri çəkilir - KƏŞFİYYAT MƏLUMATI

8 Aprel 2022 09:48
0 Şərh     Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qüvvələri Ukraynanın şimalından Belarusa və öz ölkəsinə doğru tam geri çəkilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, çəkilən qüvvələrin ən az bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə göndəriləcək.

Əlavə olunub ki, bu hərbi bölmələrin bir çoxunun Şərqə göndərilmədən əvvəl nəzərəçarpan səviyyədə özünü toplamağa ehtiyacı olacaq və bu səbəbdən onların bu istiqamətdə yerləşdirilməsi ən azı bir həftə çəkəcək.

Məlumatda o da qeyd olunub ki, Rusiya Ukraynanın şərqdəki və cənubdakı şəhərlərini top atəşinə tutmağa davam edir.

Rusiya qüvvələri nəzarəti ələ keçirdikləri strateji əhəmiyyətli İzyum şəhərindən daha cənuba doğru hücuma keçiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.