Rusiya

Ata məktəbli qızını polisə verdi

18 Mart 2022 09:24
0 Şərh     Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində taksi sürücüsü işləyən kişi avtomobilin oğurlanması barədə ərizə ilə polisə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, onun avtomobilini səkkizinci sinifdə oxuyan qızı qaçırıb.

Hadisə barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qız şəhəri gəzmək üçün atasından avtomobilin açarlarını oğurlayıb.

Məlumata görə, o, artıq yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatda olub.

Yeniyetməyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı maddəsinin 1-ci hissəsi ("Oğurluq məqsədi olmadan avtomobili və ya digər nəqliyyat vasitəsinə qanunsuz olaraq sahiblənmək") üzrə cinayət işi açılıb. Məktəbliyə beş ilədək həbs cəzası verilə bilər

Bundan əlavə, avtomobili qaçırılan ata barəsində də valideynlik vəzifələrini yerinə yetirməməsi ilə bağlı protokol tərtib edilib. Onu inzibati cərimə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.