Rusiya

“Şakro Molodoy” həbsxanadan müraciət etdi: 130 nəfərin adı əlindən alınacaq

22 Fevral 2022 18:54
0 Şərh     Baxış: 2 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda həbs həyatı yaşayan və Rusiyanın bir nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşov oğru aləmi ilə bağlı müraciəti yayılıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ölkənin məşhur kriminal yazarı Lilya Xarinanın dediyinə görə, o, 130 "qanuni oğru"nun tacının əlindən alınmasını təklif edib. 

Şakro bildirib ki, son 14 il ərzində oğru klanları arasında baş verən müharibələr zamanı bu və ya digər yollarla taclandırılan xeyli layiq olmayan insanlar var. 

Xarinanın məlumatına görə, hazırda keçmiş potsovet məkanında 423 nəfər "qanuni oğru" adını daşıyır. Onlardan 314-ü azadlıqdadır, 109 -u cəza çəkir, 64-ü istintaq altındadır, 25-i isə axtarılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.