Rusiya

Rusiya tankları Ukrayna ərazisində

22 Fevral 2022 10:48
0 Şərh     Baxış: 3 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk respublikalarının tanımaq qərarından sonra tank və zirehli texnika kolonları Donetsk ərazisinə daxil olub. Hadisə şahidləri onların cəbhə xəttinə doğru irəlilədiyini iddia edilbər.

Milli.Az xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna şəhər sakinləri məlumat verib.

Hadisə şahidlərinin sözlərinə görə, bu, fevralın 21-i axşam saatlarında baş verib. Kolon şəhərin mərkəzindən keçərək bir saat hərəkət edib. Donetsk sakinləri iddia edirlər ki, 2014-cü ildən bəri bu qədər avtomobil görməyiblər. "Yüzüncü bölmədə hesabı itirdik. O, Donetskdən Donetsk və Makeevka arasındakı magistral yolu ilə, ehtimal ki, Yasinovataya tərəfə gedib. Donetskin mərkəzindən avtomobil yoluna çıxdıq. Tanklar zirehli personal daşıyıcıları çox idi. Və adamları gətirirdilər. Zirehli mexanizmlər bir saat hərəkət etdilər" deyə şəhər sakinləri bildiriblər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrinə "DXR" və "LXR"də sülhməramlı funksiyaları təmin etmək barədə göstəriş verən fərman verib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.