Rusiya

Rusiyanın sabiq deputatına hücum anının görüntüləri yayılıb - VİDEO

8 Fevral 2022 16:00
0 Şərh     Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın mərkəzində Rusiya Dövlət Dumasının keçmiş deputatı Maksim Şinqarkinə hücumun görüntüləri yayılıb. Kadrlarda avtomobilinə yaxınlaşan LDPR fraksiyasının keçmiş üzvünün ona tərəf qaçan naməlum şəxs tərəfindən zərbələrə məruz qaldığı görünür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şingarkin qaçmağa çalışsa da, yıxılır. Hücumçu döyməyə davam edib, daha sonra qaçıb.

Eks-deputatın sözlərinə görə, bir həftə izlənib. Həmin gün onu təqib edənlərlə görüşüb söhbət etməli olsa da, dialoq əvəzinə döyülüb.

Sabiq deputatın köməkçisinin sözlərinə görə, Şinqarkinə hücum onun "Youtube"dakı ifşa videoları ilə bağlı olub.

Qeyd edək ki, o, "Svobodnoye dıxaniye" ("Azad nəfəs") "YouTube" kanalını idarə edir, ətraf mühitin mühafizəsi ilə bağlı reportajlar çəkir, ekoloji islahatlara, eləcə də zibilxanaların tikintisinə və meliorasiyasına böyük diqqət yetirir.

Keçmiş deputatı döyülməsi ilə əlaqədar "Sağlamlığa orta ağır zərər vurma" maddəsi ilə cinayət işi açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.