Rusiya

Rusiyadakı soydaşlarımız ermənilərə cavab verdi

2 Fevral 2022 10:58
0 Şərh     Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyanın qurumun rəsmi saytında yerləşdirilmiş bəyanatının təxribat xarakterli olmasını bəyan edib. Bundan ciddi narahatlığını ifadə edən qurumun bəyanatında bildirilir ki, Qaregin Njde erməni millətçi partiyasının lideri olub, nasist Almaniyasının rəhbərliyi ilə sıx əməkdaşlıq edib, Sovet İttifaqına qarşı fəal mübarizə aparıb.

Qeyd edilir ki, Rusiya Erməniləri İttifaqı və onun rəhbəri ictimai rəyi manipulyasiya edərək Njdeyə haqq qazandırır və onu parlaq şəxsiyyət kimi xarakterizə edir. O, həmçinin göstərir ki, "Qaregin Njde" bədii filmi Rusiya Federasiyası ərazisində nümayişi qadağan olunmuş filmlər siyahısına daxil edilməyib. "Biz faşizmi hər hansı formada, o cümlədən faşistlərin əlbirlərinə həsr olunmuş bədii film göstərməklə, ədəbiyyat nəşr etməklə, abidələr ucaltmaqla vəsf etməyi qəbuledilməz hesab edirik" deyə "Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın bəyanatında bildirilib.

Rusiyada yaşayan soydaşlarımız onu da bildirirlər ki, "Qaregin Njde" bədii filminin nümayişi həlak olanların və Böyük Vətən Müharibəsi dəhşətlərini yaşayanların xatirəsini təhqir etməkdən başqa bir şey deyil. A.Abrahamyanın bəyanatından sonra mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirələr aparılıb. Xüsusilə Abrahamyanın "ölkəmizin qanunları çərçivəsində hərəkət edirik və başqalarından da bunu tələb edirik" sözləri insanları çaş-baş salıb. Maraqlıdır, o, hansı qanunları və hansı dövləti nəzərdə tutur?

Xatırladırıq ki, Rusiya Federasiyasında "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında" 19 may 1995-ci il tarixli FZ-80 Federal Qanunu qüvvədədir. Bu qanunun 6-cı maddəsi faşizmin təzahürlərinə qarşı mübarizədir. Bundan əlavə, 2021-ci il dekabrın 17-də BMT Baş Assambleyası səs çoxluğu ilə nasizm və irqçiliyin tərənnüm edilməsini pisləyən Rusiya qətnamə layihəsini qəbul edib.

Kamran Seyidov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.