Rusiya

Müəmmalı şəkildə itkin düşən gözəllik müsabiqəsinin qalibinin əri saxlanıldı - FOTO

1 Fevral 2022 09:54
0 Şərh     Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva məhkəməsi "Miss Kuzbass 2010" Kseniya Sapojkovanın qətlində şübhəli bilinən həyat yoldaşının Aleksandr Popovun həbsinə qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, yanvarın 11-də Popov həyat yoldaşının itkin düşməsi barədə polisə məlumat verib. Onun sözlərinə görə, Sapojkova Dubaya uçub və bundan sonra əlaqələri kəsilib.

Daha sonra kişi arvadını öldürdüyünü, meyiti parçalara ayırdığını, daşa bağlayaraq Desna çayına atdığını bildirib. Əraziyə dalğıclar göndərilib, lakin heç nə tapılmayıb.

Daha sonra Popov öz təqsirini inkar edib. O, Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsindən yararlanaraq, özünə qarşı ifadə verməkdən imtina edib.

Müstəntiqlər müəyyən ediblər ki, Sapojkova yoxa çıxan gündən sərhədi keçməyib, əri isə onun adından sosial şəbəkələrdə paylaşımlar edib. Bundan əlavə, o, həyat yoldaşının dostlarının və qohumlarının mesajlarına cavab verib.

Popov həmçinin uşaq saxlamağa vaxtı olmadığını bəhanə edərək qızını Novokuznetskə arvadının qohumlarının yanına göndərib.

Məhkəmə onu iki ay müddətinə həbs edib. Qadının itkin düşməsinin hansı şəraitdə baş verdiyi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.