Yeməyi bu formada bişirəndə kanserogen maddə yaranır - Diqqət!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sobanın içində yaranan qurumuş yağ qatı və his yalnız estetik problem deyil, həm də sağlamlıq üçün risk yaradır.
Milli.Az xəbər verir ki, bunu açıqlamasında Rusiya Texnoloji Universitetinin (RTU MIREA) biotexnologiya və sənaye farmasiyası kafedrasının dosenti, farmasevtika elmləri namizədi Mariya Zolotaryova bildirib.
Onun sözlərinə görə sobanın divarlarında yaranan naqar və his bişirmə zamanı sıçrayan yağ və ətin şirəsindən əmələ gəlir. Bu maddələr yüksək temperaturda parçalanaraq mürəkkəb kimyəvi reaksiyalara girir və nəticədə çətin təmizlənən qat əmələ gətirir.
"Bu qat qalınlaşdıqca sobanın istiliyi bərabər paylanmır, yemək tam bişməyə bilər və bu da mikroorqanizmlərin qalmasına, nəticədə qida zəhərlənməsinə səbəb ola bilər", - deyə ekspert izah edib.
Zolotaryova əlavə edib ki, naqar mikroblar üçün əlverişli mühit yaradır. Bişirmə zamanı istilik onların çoxunu məhv etsə də, sobadan çıxarılan yeməklə təmas zamanı yenidən qidaya keçə bilərlər.
Bundan başqa, sobada yanan yağ və qida qalıqları nəticəsində akrilamid, heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi maddələr yaranır. Bu birləşmələr heyvanlar üzərində aparılan tədqiqatlarda bəzi xərçəng növləri ilə əlaqələndirilib və şərti kanserogenlər hesab olunur. Mütəxəssis qeyd edib ki, nadir hallarda belə qida qəbul etmək ciddi təhlükə yaratmasa da, davamlı şəkildə belə yemək yemək tövsiyə olunmur.
Bundan əlavə, yanmış yağdan əmələ gələn akrolein maddəsi nəfəs yollarını qıcıqlandıra bilər. "Akrolein buxarlarını udmaq göz, burun və boğazın selikli qişasında yanma hissi yaradır. Xüsusilə astması və allergiyası olan insanlarda bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər," - deyə Zolotaryova xəbərdarlıq edib.
Mütəxəssis sobanın müntəzəm və diqqətli təmizlənməsini zəruri adlandırıb. Bişirmədən sonra sobanı təmizləmək daha asan olur və bu, zərərli birləşmələrin yığılmasının qarşısını alır. "Təmizlik üçün xlorlu və çox güclü qələvi vasitələrdən istifadə etmək məsləhət deyil, çünki onlar nəfəs yollarını qıcıqlandıra bilər və qalıqları qidaya keçə bilər. Sobanı yuduqdan sonra səthləri təmiz su ilə yaxalamaq və cihazı havalandırmaq lazımdır," - deyə ekspert əlavə edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Barselona" 2 futbolçusunu göndərdi - Yeni klubları bəlli oldu
-
Mediasiya ilə bağlı yeni kitab işıq üzü gördü - (Foto)
-
Messinin 10 nömrəli formasını o geyinəcək
-
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
-
MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər saxlanıldı - (Video)
-
"Hürrem sultan" makiyajsız fotosunu yaydı
-
Azərbaycan vasitəsilə Ermənistana dizel yanacağı ixrac olunacaq
-
“Qalatasaray”dan daha bir transfer: PSJ-nin yetirməsini aldı
-
Rusiyada 12 il əvvəl qətl törətmiş şəxslərə 15 il həbs tələb edildi
-
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
-
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
-
Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı
-
“Çevik” ləqəbli tiktokerə hücum - Saxlanılan var
-
Acunun "Hull City”sindən transfer şousu: “Artıq yata bilərsiniz” - (Foto)
-
Lamiyə Əhmədli hovuzda boğularaq öldü
-
Bakı-Tbilisi qatarına saxta bilet satılır - (Foto)
-
Ərdoğan Bişkekdə Putinlə görüşündən danışdı
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Dövlət qurumlarının adından edilən bu zənglərə aldanmayın - DİN
-
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - (Video/Foto)
-
"Times Meydanı"nda bıçaqlı hücum: Polis cinayətkar qadını öldürdü - Anbaan Video
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Françesko Totti basketbol klubunda!
-
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb





