Xoy imdad diləyir: molla rejimi isə çirkin simasını göstərir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xoydakı zəlzələdən uzun müddət keçib. 15 dərəcə şaxtada çöllərdə qalan əhalinin acınacaqlı vəziyyəti ürək parçalayır.
Tehran Respublikası Suriyada zəlzələdən zərər çəkənlərə fasiləsiz yardımlar, xilasedici qruplar yollayır.
Amma öz vətəndaşları yaddan çıxıb.
Təəccüblü deyil, çünki Xoyda evləri viran olanlar, qışın sazağında, şaxtasında küçədə iki odunu yandırıb qızınmağa çalışanlar azərbaycanlılardır.
Soruşuram: harada yatıb Suriyaya yardım göndərən İslam Respublikası rejimi?
Sosial şəbəkələrdə, mediada Azərbaycanla Türkiyəni hədələyən molla rejimi mənsubları, bu rejimin tulaları hanı?
Yoxsa Tehran rejimi Güney Azərbaycandakı soydaşlarımıza qarşı yeni Urmu gölü xəyanəti hazırlayır?
Xoyu unudan Tehran rejiminin məqsədlərindən biri də evləri yerlə yeksan olmuş soydaşlarımızı başqa şəhərlərə, başqa əyalətlərə köçə vadar etmək və bu minvalla azərbaycanlıların tarixi yurdu olan Xoyda demoqrafik vəziyyəti dəyişməkdir.
Əsas məqsəd isə "Qərbi Azərbaycan ostanı" adlanan yurd yerimizdə soydaşlarımızın sayını azaltmaqdır.
Xoyda insanlar ac, məzlum, ümidsiz, sazaqda köməksizdir.
SEPAH üzvləri, İran ordusu və Güney azərbaycanlı dövlət məmurları kor olub bu reallığı görmürlər?
Xoydakı zəlzələ qurbanlarını tək qoymamalıyıq.
Xoy hələ də yardım gözləyir...
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)





