Bölgə xəbərləri

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Nərimanabad və Balıqçılar qəsəbələrinin sakinləri ilə görüşdü - VİDEO

27 Sentyabr 2013 17:09
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, sentyabrın 26-da Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Nərimanabad və Balıqçılar qəsəbələrində keçirdi.

Görüşdə icra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Nərimanabad və Balıqçılar qəsəbələrində görüşlərdə çıxış edənlər son vaxtlar nümayəndəliklərdə aparılan işlərdən, müxtəlif sahələrdə əldə olunan uğurlardan danışdılar, mövcud olan bəzi problemləri icra başçısının diqqətinə çatdırdılar, məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirdilər. Qəsəbə Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim İman Mikayılov, təqaüdçü Həsən Həsənov, Havanisə İbadova və başqaları qəsəbələrdə yerləşən məktəblərin əsaslı təmirə ehtiyacı olduğunu, ərazidə yeni səhiyyə müəssisələrinin yaradılmasının vacibliyini icra başçısının nəzərinə çatdırdılar. Çıxış edənlər bununla yanaşı, son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda aparılan tikinti-quruculuq işlərinin ərazidən də yan keçmədiyini söyləyərək, əldə olunan uğurların əhalinin həyat şəraitinin yaxşılaşmasında getdikcə daha aydın göründüyünü bildirdilər. Bütün bunlara görə dövlət başçımıza minnətdar olduqlarını, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşləri yekunlaşdıraraq səsləndirilən təkliflərin qısa müddət ərzində icrasına başlanılacağını bildirdi. İcra başçısı, həmçinin qeyd etdi ki, cənab Prezident İlham Əliyevin Lənkərana son səfərindən sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan biri məhz Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi və Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlıdır. Taleh Qaraşov bildirdi ki, Nərimanabad və Balıqçılar qəsəbələri böyük turizm potensialına malikdir.

Lakin bura gələn yolun bərbad olması bu sahənin inkişafına maneə törədir. Yol təmir olunduqdan sonra isə əraziyə istər yerli, istərsə də xarici qonaqların cəlb edilməsi ilə burada həm yeni xidmət sahələri, həm də iş yerləri açılacaqdır. Bütün bunların ölkə başçısı İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu söyləyən icra başçısı hamını cənab Prezidentin ətrafında sıx birləşərək göstərilən yüksək qayğıya əməli fəaliyyətləri ilə cavab verməyə çağırdı.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.