Bölgə xəbərləri

Daşkəsən və Quba rayonlarında damazlıq və seleksiya işlərinə başlanacaq

5 Avqust 2013 18:27
0 Şərh     Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, məqsəd adıçəkilən ərazilərdə başqa populyasiyaların yayılmasının qarşısını almaqdır. Respublikada arıçılıq sürətlə inkişaf edir. Bunun bariz nümunəsidir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da Azərbaycanda bu sahəyə maraq göstərir. Kənd Təsərrüfatı Nazirliyindən  aldığımız məlumata görə, Qərb bölgəsindən Daşkəsən rayonu damazlıq arıçılığın inkişafı üçün əlverişli iqlimə malikdir. Qeyd edək ki, havaların qeyri- sabit keçməsi ilə əlaqəli olaraq 3 il bu rayonun arıçıları bal əldə edə bilməyib. Ancaq bu ilin məhsuldarlığı fermerləri sevindirə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda damazlıq seleksiya işlərinə dair bir layihə həyata keçirir. Biz də o, layihəyə Quba və Daşkəsən rayonunu daxil etmişik. Orada nazirlik damazlıq işlərinə başlayacaq. Arıçılığın təmizlikdə inkişaf etdirilməsi üçün tədbirlər
görülür. Biz çalışırıq ki, Daşkəsəndə Qabaqtəpə arısından başqa arıların başqa populyasiyaların inkişafına yol verilməsin. Ona görə də geniş izahat işləri aparılır".

Müsahibimizin sözlərinə görə, cari ilin sentyabr ayında arıçılıq məhsullarının sərgi satış yarmarkasının keçirilməsi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.