Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, 2006-cı ildən ÜSY həyata keçiriləndən bəri rəsmi göstəricilərə görə yoxsulluq həddi aşağı enib və bu da, sözsüz ki, ünvanlı sosial yardım alanların sayında azalmaya səbəb olub. Bəs, görəsən, Lənkəranda ünvanlı sosial yardım alanların sayı nə qədərdir? Ümumiyyətlə, sosial yardımı kimlər ala bilər?
Lənkəran Rayon Sosial Müdafiə Mərkəzinin müdir müavini Fariz Muradov bildirdi ki, əhalinin çox hissəsi kimlərin ünvanlı sosial yardım ala biləcəklərini bilmədən, idarəyə gəlir və unvanlı sosial yardım tələb edirlər. Əslində onlar bilmirlər ki, ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir. Aztəminatlı ailələr də gəliri ehtiyac meyarından az olan ailələrdir.
Müsahibimiz qeyd etdi ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edənlərin ailəsində əmək qabiliyyətli adamların gəlirləri yoxlanılır. Bundan əlavə sənədləri təqdim edən şəxsin əgər 8 yaşında övladı varsa , o zaman ana uşağa qulluq etdiyinə görə işləməkdən azad olunur. Fariz Muradovun sözlərinə görə, ailədə I və II qrup əlil, 70 yaşdan yuxarı qoca və ona qulluq edən bir nəfər varsa, həmin şəxs işləməkdən azad olunur və birbaşa ünvanlı sosial yardım almaq hüququ qazanır. Son dövrlər Lənkəranda ünvanlı sosial yardım alanların sayının az və ya çox olmasına gəlincə isə, müdir müavini bildirdi ki, 2012-ci ilin oktyabr ayında mərkəzə 506 nəfər, noyabr ayında 515 nəfər müraciət etmişdisə, dekabr ayında bu göstərici bir qədər artaraq 645-ə yüksəlib. Ancaq 2013-cü ilin yanvar ayından bu günə kimi 300 müraciət qeydə alınıb.
Müsahibimiz, həmçinin qeyd etdi ki, Lənkəranda 2013-cü ilin 6 ayı ərzində 1756 nəfər ailəyə 221325 manat vəsait ödənilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda ölkədə 120 min 904 ailə ünvanlı sosial yardım alır. Yardımın orta aylıq məbləği isə 119,82 manat təşkil edib. Ötən il ÜSY alan ailələrin sayı 133 min 613, orta aylıq məbləğ isə 113,94 manat olub.
Milli.Az
Bölgə xəbərləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Lənkəranda ünvanlı sosial yardım alanların sayı iki dəfə azalıb - VIDEO
25 İyul 2013 16:03
Baxış: 3 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Möcüzəvi pəhriz - qaraciyərdəki yağı yox edir
-
Kartof püresi hazırlayarkən edilən 6 əsas səhv
-
İnfarkt keçirənlərin ortaq vərdişi
-
Bu vaxta qədər yoluxucu olduğu bilinmirdi - Qadınlardan kişilərə keçirmiş
-
Zibil qablarından gələn qoxuya SON
-
Ancelina Coli yarıçılpaq pozları ilə DİQQƏT ÇƏKDİ - FOTOlar
-
Zərərli olduğu deyilən pendir növləri demensiyanın qarşısını alırmış
-
Qızılın qiyməti rekord həddə
-
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası yola salındı - FOTO
-
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları
-
İsti su ilə çimənlərə pis xəbər
-
DiKapriodan illər sonra “Titanik” etirafı: Eşidənlər təəccübləndi
-
Qızartma yağ neçə dəfə istifadə oluna bilər? - Günəbaxan, qarğıdalı, zeytun yağı üçün hədd
-
Azərbaycanda bəzi şəxslər mənzillə təmin ediləcək
-
Rutte: Putin yenidən hücuma cəhd edərsə, reaksiya dağıdıcı olacaq
-
Sevil və Sevincin biznesi batdı
-
Günün qoroskopu: Səbirli olmaq bu günün əsas açarıdır
-
Zaur Röyaya bahalı üzük bağışladı - VİDEO
-
Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda
-
"Yəqin ki, bunu Emin Əmrullayev bilmir"
-
Saç köklərini gücləndirən elmi texnikalar və müasir yanaşmalar
-
Vəfa Famildən boşandığını açıqladı: “Bir ildir ayrılmışıq!” – VİDEO
-
“Bu oyunu Avropada səs salan komandaya qarşı həyata keçirdik”
-
Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü keçirildi





